Suriyanın ən böyük şəhəri müharibədən əvvəl və sonra – FOTO
3. 204 dəfə baxılıb
Suriya Ərəb Respublikası 70 il bundan əvvəl müstəqillik əldə etməsinə baxmayaraq, onun ərazisində sivilizasiyanın izləri eramızdan əvvəl IV minilliyə qədər uzanır. Bu səbəbdən də Suriya min illərlə yaşa malik memarlıq abidələrinin çoxluğuna görə Yaxın Şərqin ən gözəl ölkələrindən biri hesab olunurdu.
Lakin 2011-ci ildən bu günümüzə qədər ölkədə davam edən vətəndaş müharibəsi nəticəsində artıq Suriyanın bir çox şəhərləri dağıntılar səbəbilə tanınmaz haldadır.
“Sələf Xəbər” redaksiyası Suriyanın UNESCO tərəfindən mədəni dünya irsi siyahısına daxil edilmiş Hələb şəhərinin müharibədən əvvəl və sonrakı görüntülərini əks etdirən bəzi fotoları sizlərə təqdim edir.
Ekspertlərin fikrinə görə Suriyanın əvvəlki vəziyyətinə qayıtması üçün – doğru iqtisadi addımlar atıarsa – ən azı iyirmi il vaxt lazımdır.
Bizi bir sual düşündürür, görəsən ölkə daxilində qiyama qalxan insanlara bu günü əks elətdirən mənzərələri göstərsəydik onlar qiyama razılıq verərdilərmi…?!
Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.
Görkəmli İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Bululuğ al-Məram”).Bununla əlaqədar olaraq, İslam müsəlman-rəhbərə qarşı üsyan etməyi və müxalifətdə olmağı qəti surətdə qadağan edir, hətta əgər həmin rəhbər insanlara əzab verir və ədalətsiz hökm edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Hətta əgər o sənin kürəyinə vuracaq və sənin əmlakını götürəcəksə belə, ona qulaq as və tabe ol.” (Muslim).