Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Suriyaya keçmək istəyən azərbaycanlı daxil 34 nəfər deportasiya edilib

Mart 23
15:49 2015

İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən və aralarında azərbaycanlı da olan 34 nəfər Türkiyədən deportasiya edilib.

Martın əvvəlindən etibarən Türkiyənin hüquq-mühafizə orqanlarının İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarında keçirdiyi reydlərin nəticəsi açıqlanıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, reydlər nəticəsində 17 ölkənin vətəndaşı olan 34 nəfərin “İraq Şam İslam Dövləti”-İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istədiyi müəyyənləşib və buna görə onlar Türkiyədən deportasiya ediliblər.

Araşdırma nəticəsində məlum olub ki, Türkiyə ərazisindən keçməklə İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən 34 nəfərin əksəriyyəti Böyük Britaniya vətəndaşları olub. Deportasiya edilənlər arasında 3 və 4 yaşındakı 2 uşağıyla Türkiyədən keçməklə İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən Rusiya vətəndaşı 34 yaşlı E. Şodmonova da olub.

Deportasiya olunanlar arasında Fransa, Belçika, ABŞ, Suriya, İraq, Rusiya, Tacikistan, İsveç, Səudiyyə Ərəbistanı, İran, Liviya, Pakistan, Serbiya, Almaniya, Əfqanıstan, Somali, Çeçenistan və bir Azərbaycan vətəndaşı da var. Azərbaycanlının adı Rövşən Oruczadə kimi göstərilib.

Qeyd edək ki, ümumən İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün Türkiyədən keçməklə Suriyaya getmək istəyənlərə liderliyi İspanyanın Barselona şəhəri ilə İsveçin paytaxtı Stokholmdan gələnlər edir.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.

Digər xəbərlər