Tacikistanda 20 nəfər İŞİD-lə əlaqəli bilinərək həbs edilib
655 dəfə baxılıb
Tacikistan hökuməti müxalif İslam İntibahı partiyasını İŞİD terror xəvaric qruplaşması ilə əlaqədə ittiham edib.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu Tacikistan Daxili İşlər nazirliyinin nümayəndəsi bəyan edib.
“İslam İntibahı partiyasının üzv və fəalları ekstremist ideyaları təbliğ edir, ölkənin müxtəlif bölgələrində İŞİD terror xəvaric qruplaşmasının qara bayrağını qaldırırlar”, – deyə DİN rəsmisi bildirib.
Onun sözlərinə görə, adıçəkilən insidentlərlə əlaqədar Şaartuz və Nurek rayonlarında 20 nəfər saxlanılıb.
“Nurek şəhərinin 14 sakini İnternet vasitəsilə İŞİD terror xəvaric qruplaşmasının Yunus adlı tacik mənşəli silahlısı ilə tanış olub və terrorçulara rəğbət nümayiş etdirmək məqsədilə şəhərin mərkəzində qara bayraq asıblar”, – deyə DİN rəsmisi əlavə edib.
Saxlanınlara qarşı ekstremizm ittihamı irəli sürüləcəyi bildirilir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.