Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Tacikistanda Həcc ziyarətinə yaş məhdudiyyəti. Səbəbi?

Aprel 15
17:09 2015

Tacikistanda gənclərə Həcc ziyarəti qadağan olunub.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, Tacikistan hökuməti yanında Dini işlər üzrə Komitə bildirib ki, bundan sonra müsəlman taciklər Həcc ziyarətinə ancaq 35 yaşdan sonra gedə biləcəklər.

“Bizim bu qərarımızın məqsədi yaşlı insanlara ziyarət imkanı və onların çoxdankı arzularını reallaşdırmalarına şərait yaratmaqdır”, – deyə qurumun açıqlamasında bildirilir.

Tacikistandan Həcc ziyarətinə gedənlərin siyahısı adıçəkilən komitə tərəfindən tərtib olunur. Qurum ölkəyə ayrılan kvotaya (bu il 6,3 min nəfər) əsasən siyahıda yaşlı nəslin nümayəndələrinə üstünlük verməyi qərara alıb.

Bundan əvvəl Tacikistan prezidenti əhaliyə müraciət edərək Həcc üçün borca girmək əvəzinə, yoxsullara yardım etməyə çağırmışdı.

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir (Məkkədir)! Orada aydın nişanələr – İbrahimın (Allahın ona salamı olsun) məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 96,97-ci ayələr)

“Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidülharamın əzəməti haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin (Allahın ona salamı olsun) yüksək məqamını və onun Həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa qovuşur.
Məscidülharamın sadalanan ümumi özəlliklərini və onunla bağlı ikinci dərəcəli ehkamları nəzərə alaraq, Uca Allah, öz əməlinə məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə Həcc ziyarəti etməsini məcburiləşdirmişdir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər