Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Tacikistanda Yeni il qadağan edildi

Dekabr 24
15:59 2015

Tacikistan da Yeni ilin keçirilməsini qadağan edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi rəsmi sənəd yayıb.

Sənəddə yolka bəzənməsi və hava fişəngləri ilə Yeni ilin qeyd olunması qadağan edilib. Yalnız paytaxtı Düşənbədə simvolik olaraq yolka bəzənəcək.

Xatırladaq ki, Bruney və Somali hökumətləri də Yeni ilin keçirilməsini qadağan edib.

Sələf Xəbər: “Yeni il” – xristianların İslam əqidəsinə zidd olan dini bayramıdır. Hətta müsəlmanların təqvimi də xristianların təqvimindən fərqlənir – müsəlmanlar il hesabını ay təqvimi ilə aparır və təqvimi Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Məkkədən Mədinəyə hicrət etdiyi ildən hesablayırlar.

Xristian il hesabı isə günəş təqvimi əsasında aparılır və İsa peyğəmbərin (Allahın ona salamı olsun) doğulduğu gündən başlayır. Xristianların fikrincə, İsa peyğəmbər (Allahın ona salamı olsun) dekabr ayının son günlərində doğulub. Vaxtın hesablanmasında qeyri-dəqiqliyə yol verməmək üçün isə “yeni il” yanvarın əvvəllərində qeyd edilir. Nəticə etibarilə, “yeni il”i qeyd etməklə müsəlmanlar xristian bayramını qeyd edir, bu isə xristianlara bənzəməkdir və İslamda qadağan olunan əməldir, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi bundan çəkindirib: “Kim bir qövmə bənzəyərsə, o onlardandır”. (Əhməd)

Bu sözlərin mənası odur ki, insanın kimdən xoşu gəlirsə, həmişə özünü ona bənzətməyə çalışır. Lakin müsəlmanların özünü İsa Peyğəmbəri (Allahın ona salamı olsun) “Allah” adlandıraraq Allahı qəzəbləndirənlərə bənzətməsi yolverilməzdir.

Orta əsrlərin böyük İslam alimi ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyib: “Qeyri-müsəlmanların hər hansı bayramlarında onlara bənzəmək o deməkdir ki, insan onların yalan əqidələri və ənənələrindən məmnundur”. (“əl-İqtida”, 229)

Digər xəbərlər