Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Tehranda Səudiyyə Ərəbistanının səfirliyi dağıdılıb – FOTO, VİDEO

Yanvar 04
16:33 2016

Binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa başlayıblar.

Tehranda şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

“Sələf Xəbər” Oxu.Az-a istinadən bildirir ki, ərəb mətbuatında həmin səhnələrin əks olunduğu fotolar yer alıb.

Məlumata əsasən, İran polisi etirazçıları Tehrandakı Səudiyyə Ərəbistanının səfirliyi ərazisindən çıxarmağa müvəffəq olub. Lakin bir çox etirazçı binanın qarşısında etiraz aksiyasını davam etdirib.

“Əl-Ərəbiyə” telekanalı xəbər verib ki, binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar, lakin polis bu cəhdlərin qarşısını alaraq, onları binadan kənarlaşdırıb.

Məlumata görə, etirazçılar Əl Saud kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər.

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, rəhbərə itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bilinən 47 nəfərin edam olunduğunu açıqlayıb.

📷

2c9d64bf63b64e83342ecf0746efd6bd

43e8a3c6172095ef108ebcb9d3deace8

0f45b3ae46c1b0d66028b3461543daf9

47433b22a6d3c34f46a196de52c69ee3

🎬

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər