Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Terror Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) şəhərinə də gedib çatdı – FOTO + VİDEO

İyul 05
12:47 2016

Dünən Səudiyyə Ərəbistanında üç müxtəlif şəhərdə, Ciddə, Qatif və Mədinə şəhərlərində dörd terror hadisəsi baş vermişdir.

Hadisələrin ən dəhşətlisi Mədinə şəhəri Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) məscidində baş vermiş qanlı terror hadisəsidir. Hər bir müsəlman üçün tükürpədici olan bu hadisə terrorun sərhədsiz və dinsiz olduğunu bir daha sübuta yetirir.

Bir neçə təhlükəsizlik əməkdaşı iftar etmək üçün xidməti maşınların arasında özləri üçün düzəltdikləri iftar süfrəsində iftar etməyə əyləşərkən bir nəfər iftar etmək adıyla onlara yaxınlaşıb və özünü partladıb. Nəticədə iftar süfrəsinə əyləşmiş dörd nəfər təhlükəsizlik əməkdaşı, iki nəfər ümrə ziyarətinə gələn həlak olmuş, beş nəfər ciddi yaralanmışdır.

Qatif şəhərində isə iki partlayış baş vermiş, hadisədə üç nəfər terrorçu həlak olmuşdur, dinc sakinlərdən xəsarət alan olmamışdır.

Ciddə şəhərində isə xəstəxanada törədilən terror hadisəsində intiharçı məhv olmuş, təhlükəsizlik xidmətçilərindən iki nəfər xəsarət almışdır.
Bu hadisəni törədən şəxsin kimliyi də məlum olmuşdur. Terrorçu Pakistan vətəndaşı Abdulla Qəlzar Xandır.

Ciddə terrorunun icraçısı:

📷

Untitled-2

000-439741961467671548936

000-8611759101467671554823

000-967402081467671560845

000-2506868201467671567477

000-6418552491467671572466

Bütün dünya müsəlmanları baş vermiş bu terror hadisəsini kəskin qınamış və bunu azğınlığın son həddi kimi qiymətləndirmişlər.

Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyəti də hadisəni kəskin qınayan bəyanat yaymışdır. Bəyanatda deyilir: “Ciddə, Qatif, daha sonra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əl-Həram məscidində törədilmiş terror hadisəsi bir daha təsdiq edir ki, bu xəvariclər dindən çıxmış, müsəlmanlara və onların rəhbərliyinə qarşı düşmən kəsilmişlər. Onlar bütün qadağaları aşaraq azğınlaşmış, haramlara məhəl qoymur, ehtiram gözləmirlər. Onların nə dini, nə də hüququ yoxdur…”

Hadisə anını əks etdirən video:

🎬

Mədinə şəhərində terror hadisəsindən sonra görüntü:

🎬

Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir, 1-ci kaset, A tərəfi).

🎬

Digər xəbərlər