Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Tunisdə terror hücumuna məruz qalanlar – ETİRAF!

İyul 01
11:43 2015

“Müsəlmanlar bizi qorumaq üçün özlərini sipər etdilər”

Tunisdə müsəlman işçilər turistlərin önündə sırayla düzülərək terrorçudan getməyi tələb ediblər.

Tunisdəki çimərlikdə hücuma məruz qalmış turistlərin bildirdiyinə görə, hadisə zamanı otelin müsəlman işçiləri özlərini onların önündə canlı qalxan edərək terrorçunu fikrindən vaz keçirməyə çalışıblar.

“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən məlumatına görə, sağ qalan xarici turistlərdən britaniyalı Con Yeoman “Bellevue” otelinin işçilərinin özlərini turistlərə sipər etdiklərinin şahidi olub.

Con Yeomanın sözlərinə görə, sıraya düzülmüş işçilər qətliamı törədən 23 yaşlı Seyfəddin Rezqiyə səslənərək deyiblər ki, onlar özləri də müsəlmandır və xarici turistlərə hücum etmək üçün ilk öncə onları öldürməyi lazım gələcək.

Britaniyalı turist onu da bildirib ki, otelin müsəlman işçilərinin turistləri qorumağa çalışmaları qəhrəmancasına bir hərəkətdir.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər