Türk əsgərləri PKK-dan qisas aldı – VİDEO
1. 445 dəfə baxılıb
16 şəhidin qisasını almaq üçün 12 “bordo bereli” qrupu yüzlərlə terrorçuya qarşı döyüşüb.
Türkiyənin Hakkari vilayətinin Dağlıca kəndində PKK terrorçularının hücumu nəticəsində türk ordusu 16 şəhid verdikdən sonra 12 xüsusi təyinatlının isə (bordo bereli) itkin düşdüyü barədə xəbərlər yayıldı.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, sentyabrın 6-da gecə saatlarında itkin düşən “bordo bereli”lər bu gün tapılıb.
Məlum olub ki, 12 “bordo bereli” heç də itkin düşməyin, onlar 16 şəhidin qisasını almaq üçün PKK terrorçularına qarşı xüsusi əməliyyat keçiriblər.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir ki, 12 “bordo bereli” yüzlərlə terrorçuya qarşı döyüşərək qalib gəlib.
“Heç kim itkin düşməyib. “Bordo bereli”lər “geri dön” əmri almamaq üçün ratsiyanı söndürüb və dünən gecədən yağışlı, dumanlı havada bu gün günorta vaxtına qədər yüzlərcə terrorçu öldürüb. Heç birinin burnu belə qanamadan. Hələlik 73 ölü, 25 sağ PKK-çı sayılıb”, – deyə açıqlamada bildirilir.
Sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış, təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılıb. İlkin məlumatda hadisə nəticəsində 15-dən çox əsgər və zabitin həlak olduğu açıqlanıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terrorçularının ötən gecə Hakkari vilayətində törətdiyi terror hadisəsi zamanı şəhid olanların sayını da açıqlayıb. Silahlı Qüvvələrin Baş Qərargahının açıqladığı məlumatda bildirilib ki, hadisə zamanı 16 hərbçi şəhid olub, 6 nəfər isə yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin bu hadisədən sonra başladığı əməliyyat hələ də davam edir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)