Türk hərbi təyyarələrinin İŞİD-i anbaan bombalaması – VİDEO
1. 255 dəfə baxılıb
Türkiyə Silahlı Qüvvələrinə bağlı döyüş təyyarələrinin Kilis və Qazianteplə sərhəd olan Suriya ərazilərinə təşkil etdiyi bombardımanın görüntüləri yayılıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, təşkil olunan bombardımanın video görüntlərini təyyarələrdə olan kameralar anbaan çəkib.
Qeyd edək ki, dünən axşam saatlarında Türkiyə təyyarələri sərhəddəki İŞİD xəvaric terror qruplaşması mövqelərini bombalayıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)