Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türk pilotları Rusiya təyyarəsinə belə xəbərdarlıq edib –VİDEO

Noyabr 25
16:54 2015

Türkiyə Rusiyaya məxsus “Su-24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.

Türkiyə hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq “Su-24” təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.

Türkiyənin FOX telekanalının xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlıq yayınlanıb.

Səs yazısında türk pilotunun bir neçə dəqiqə ərzində 10 dəfə rus pilotuna ingilis dilində, “Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!” – deyə xəbərdarlıq etsə də rus təyyarəsi buna qulaq asmayıb.

Qeyd edək ki, ötən gün Türkiyə hərbi aviasiyasına aid F-16 qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “Su-24” qırıcısını vurub.

“Sələf Xəbər” Daytube.az-a istinadən həmin videonu təqdim edir:

🎬

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər