Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türk Silahlı Qüvvələri tanklarla Suriyanı vurub

Sentyabr 02
16:41 2015

Suriyanın İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan hissəsindən açılan atəş nəticəsində 1 əsgərin həlak olması, 1 əsgərin isə yaralanmasından sonra, Türkiyə ordusu hərəkətə keçib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Suriya ilə sərhəddə yerləşən Kilis sərhəd zastavasına gətirilən türk tankları saat 20:30 – dan etibarən ərazini intensiv şəkildə top atəşinə tutub.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, türk əsgərinə atəş açılan ərazi İŞİD terror xəvaric qruplaşmasının nəzarətindədir və həmin ərazi toplarla vurulub.

Qeyd edək ki, Suriyanın İŞİD terror xəvaric qruplaşmasının nəzarəti altında olan hissəsindən açılan atəş nəticəsində bir türk əsgəri həyatını itirib, bir nəfər isə yaralanıb, daha bir əsgər isə itkin düşüb.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər