Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyə iki gündə 12 əsgərini itirdi – VİDEO

Avqust 20
14:29 2015

Hücumdan dərhal sonra Ərdoğan ordu generalı ilə telefon əlaqəsi saxlayıb.

Türkiyənin Siirt vilayətinin Şirvan və Pervari rayonları arasındakı magistral yolda PKK terrorçuları türk hərbçiləri daşıyan avtomobili partladıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, PKK terrorçuları yola əvvəlcədən uzaqdan idarə edilən bomba yerləşdiriblər. Hərbçiləri daşıyan avtomobil həmin ərazidən keçərkən terrorçular bombanı işə salıb.

Güclü partlayış nəticəsində ikisi yüksək rütbəli olmaqla 8 hərbçi şəhid olub. Anadolu agentliyinin verdiyi xəbərə görə, maşının partladılması zamanı xeyli əsgər də yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb olunub və terrorçulara qarşı əməliyyat başlayıb. Siirt vilayətinə bütün giriş və çıxış yolları tamamilə bağlanıb.

Hərbi helikopterlər vasitəsilə bölgəyə xüsusi təyinatlı qüvvələr gətirilib.

Diyarbəkir vilayətinin Lice rayonu ərazisində avqustun 18-də baş vermiş toqquşmalar nəticəsində həlak olan türk əsgərlərinin sayı isə 4-ə çatıb. Beləliklə, iki gün ərzində Türkiyə 12 əsgərini itirib. Əməliyyatlar davam edir.
Türkiyə Silahlı Qüvvələri rəhbərliyi terrorçuların son hücumu nəticəsində şəhid olan hərbçilərin ailələrinə və türk millətinə başsağlığı verib.

Türkiyə ordusunun verdiyi itki ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordu generalı Hulusi Akar ilə telefonla danışıb. Ərdoğan 8 şəhid verildiyi hücumla əlaqədar məlumatlandırılıb. Prezidentin ordu generalına bir sıra tapşırıqlar verdiyi bildirilir.

🎬

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)
Uca Allahdan, öldürülmüş hərbçilərin günahlarını bağışlamasını və Öz Cənnət Bağçalarına daxil etməsini diləyirik. Amin!

Digər xəbərlər