Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyə İŞİD-ə qarşı böyük əməliyyata başlayır

Aprel 27
17:41 2016

Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 18 kilometr məsafə terrorçulardan təmizlənəcək.

Türkiyə Kilis vilayətinə atılan raket mərmilərinin ardından İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə yeni dönəm başladır.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Türkiyənin İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə ABŞ və Almaniya başda olmaqla beynəlxalq koalisiya ölkələrilə əldə etdiyi razılığın təfərrüatları yeni dönəmin yol xəritəsini də ortaya çıxardı.
İlk mərhələdə Suriyanın Türkiyə sərhədində yerləşən Azez qəsəbəsinin şərqindən Cerablusa qədər olan 8 kilometrlik ərazidə İŞİD terror xəvaric qruplaşmasına qarşı təmizlik əməliyyatı başladılacaq.

Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 18 kilometr dərinliyində bir ərazinin terrorçulardan təmizlənməsi üçün başladılacaq əməliyyatla İŞİD terror xəvaric qruplaşması Türkiyə sərhədindən tamamilə uzaqlaşdırılacaq.

Koalisiya qüvvələrinin havadan dəstəyilə keçiriləcək əməliyyata Türkiyə sərhədindəki top, tank və minomyotlarla da dəstək veriləcək. Mümkün təhdidlərə qarşı qurudan hücuma keçmək üçün birliklər də hazır vəziyyətdə olacaq.

Türkiyə-Suriya sərhədinə ABŞ-ın uzaqmənzilli raket sistemi HİMARS-ın yerləşdirilməsi ilə bağlı Vaşinqtonla razılıq əldə olunub. Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu raketlərin may ayında Türkiyəyə gətiriləcəyini bildirib.
Ötən gün axşam saatlarından etibarən Türkiyə Silhalı Qüvvələri Suriya ilə sərhəddəki Kilis vilayətində təhlükəsizlik tədbirlərini gücləndirir. Ədirnə 102-ci artilleriya alayından yola düşən uzaqmənzilli raket batareyaları sərhəd bölgəsindəki zastavalara göndərilib.

Ədirnə Uzunkörpüdən yola düşən 13 avtomobillik kortec artıq Kilisə çatıb. Kortecdə 80 saniyədə 40 mərmi atma gücünə malik raketlər, zirehli texnika və s. döyüş sursatı var. Vilayətə aparılan texnika artıq bir neçə dəfə hücuma məruz qalmış Kilisin cənub sərhədinə yerləşdirilib.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər