Türkiyə İŞİD terror xəvaric qruplaşmasını darmadağın etdi
1. 046 dəfə baxılıb
Türkiyənin Baş naziri Əhməd Davudoğlu İstanbulda 10 nəfərin ölümü ilə nəticələnmiş partlayışa cavab olaraq Türk qoşunlarının Suriya və İraqla sərhədə İŞİD terror xəvaric qruplaşması hədəflərinə endirilən artileriya zərbələri nəticəsində azı 200 terrorçunun öldürüldüyünü bəyan edib.
“Sələf Xəbər”in Modern.az-a istinadən məlumatına görə, Çanakqaya Sarayında Türkiyənin səfirləri qarşısında çıxış edən Davudoğlu Türkiyənin terrora qarşı mübarizənin qətiyyətli şəkildə davam etdirəcəyini vurğulayıb və hər kəsi terrora qarşı qəti mövqe tutmağa çağırıb.
Davudoğlu bildirib ki, İstanbul teraktının İŞİD terror xəvaric qruplaşması tərəfindən təşkil olunduğu xəbəri təsdiqini tapdıqdan sonra hökümət orduya İraq və Suriyadakı İŞİD terror xəvaric qruplaşması mövqelərinə zərbələr endirməyə əmr verib.
Davudoğlunun sözlərinə görə, 48 saat ərzində İŞİD terror xəvaric qruplaşması mövqelərinə tank və toplardan 500-ə yaxın mərmi atıldığını, yerli döyüşçülərin komandirləri daxil olmaqla 200 İŞİD-çinin həlak olduğunu bildirib.
Davudoğlu lazım gələrsə, terrorçulara qarşı əməliyyatlara hava qüvvələrinin də cəlb olunacağını deyib.
“Bundan sonra Türkiyəyə uzanan bütün əllər Türkiyənin qonaqlarına yönəli istənilən təhdid, layiqli cavab ilə cəzalandırılacaq. İŞİD terror xəvaric qruplaşması Türkiyə sərhədlərindən tam olaraq uzaqlaşana qədər, bölgədə dünyada mübarək dinimiz olan İslamın adını ləkələyən əməllərini sürdürdükcə, ən qətiyyətli şəkildə mübarizə aparmağa davam edəcəyik”, – deyə Türkiyənin baş naziri bildirib.
Davudoğlu bir daha terroru pisləyərək, Suriyalı qaçqınlarla İŞİD terror xəvaric qruplaşması döyüşçülərini bir-birindən fərqləndirməyin vacibliyinə diqqət çəkib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)
Həmçinin Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi)