Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyə PKK-nın 800 terrorçusunu məhv edib

Avqust 18
13:56 2015

Türkiyə tarixində ilk dəfə tamamilə yerli kəşfiyyat məlumatları, yeni istehsal edilən yerli raketlər və təyyarələr vasitəsi ilə PKK-ya ağır zərbə vurub.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, ölkədə istehsal olunmuş insansız hava vasitələri və digər kəşfiyyat mənbələrindən əldə edilən məlumatlar əsasında PKK-ya ciddi zərbələr vurulub.

Şimali İraqda Qəndil dağındakı PKK-nın Zəngələ düşərgəsinə keçirilən əməliyyatda terror təşkilatının narkotik və pul anbarı yanıb.

800 TERRORÇU ÖLDÜRÜLÜB

Təkcə Qəndil bölgəsinə keçirilən hava əməliyyatlarında 390 terrorçu öldürülüb, 400 terrorçu yaralanıb. Türkiyə Silahlı Qüvvələri PKK-ya məxsus silah və sursat anbarları, sığınacaqlar, anbar və mağaraların olduğu 190 hədəfi lazerlə idarə olunan raketlərlə tamamilə məhv edib. Əməliyyatlarda öldürülən terrorçuların sayı da ümumi olaraq 800-ə çatıb. Hava əməliyyatları ilə paralel olaraq daxildə də PKK-DHPK/C üzvlərinə qarşı Türkiyənin bir çox yerində əməliyyatlar keçirilib.

YERLİ RAKETLƏRDƏN İSTİFADƏ EDİLİB

Türkiyə ordusu bu əməliyyatlarda yerli silah, raket və digər vasitələrdən istifadə edib. Xüsusilə yerli insansız hava vasitələri ilə (İHA) 24 saat ərzində Şimali İraqdakı PKK düşərgələr izlənilib və terrorçuların yerləri haqda məlumatlar əldə olunub. F16 təyyarələri tərəfindən terror təşkilatı PKK-ya məxsus logistika mərkəzlər, sığınacaqlar və anbarlar məhv edilib.

DÜNYADA YEGANƏ

Yerli istehsal olan NEB raketi, ardıcıl təsiredici hərbi başlığına malik dünyanın ilk və yeganə təyyarə bombasıdır. Xüsusiyyəti baxımından yeraltı 2,1 metr qalınlığındakı beton sığınacaqları belə yox edə bilən NEB raketi, F-16 təyyarələri tərəfindən ilk dəfə PKK-ya aid Türkiyə sərhədinə yaxın sığınacaqlara atılıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)
“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar, sanki yolların arasını kəsirdilər və Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.
Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabırçılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (Allahın ona salavat və salamı olsun) ilə müharibəyə başlayır. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər