Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyə prezidenti bütün dünyanı İŞİD-lə mübarizəyə çağırıb

Avqust 01
15:39 2015

Bütün dünya İŞİD terror xəvaric qruplaşmasının döyüşçüləri ilə mübarizəyə qalxmalıdır.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya səfəri zamanı deyib.

O bildirib ki, İŞİD terror xəvaric qruplaşmasının məqsədi İslama qara yaxmaq olan terror təşkilatıdır.

Prezident, həmçinin qeyd edib ki, Türkiyə bu təşkilatla mübarizə aparır.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər