Türkiyə prezidenti: “İŞİD İslam dininə kölgə salır”
640 dəfə baxılıb
“İŞİD terror xəvaric qruplaşması sülh dini olan İslama kölgə salır”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfəri çərçivəsində bəyan edib.
Onun sözlərinə görə, Qərbdə İslam dininə kölgə salmaq üçün müxtəlif kampaniyalar aparılır, “İslam terroru” anlayışından istifadə edilir.
Qeyd edək ki, Türkiyə prezidentinin Yaponiyaya rəsmi səfəri bu gün başlayıb. Oktyabrın 8-də Ərdoğan bu ölkənin Baş naziri Sidzo Abe və imperatoru Akihito ilə görüşəcək.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.