Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyə Prezidentinə sui-qəsd planı

Mart 09
20:05 2015

Alman kəşfiyyatı Ankara barədə şok məlumatlar yayıb.

Almaniyanın “Der Spiegel” jurnalı son məqaləsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planı barədə yazıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, məqalədə dekabrda Almaniyada tutulan üç türk xəfiyyədən bəhs edilir. Öz aralarında danışan xəfiyyələrin danışıqları alman təhlükəsizlik orqanları tərəfindən yazılıb.

Müəllif bildirir ki, həmin xəfiyyələrdən biri telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planı barədə danışıb. O, Ərdoğanın Ankaradakı evində çalışan aşpaz qadından şübhələndiyini bildirib.

Türkiyə üçün xəfiyyəlik fəaliyyətinə görə daha bir nəfər isə Belçikada həbs edilb. Həmin dörd türkün Almaniyada və Belçikada PKK və Gülən camaatı ilə bağlı kəşfiyyat apardığı bildirilir. Hazırda onlardan üçü buraxılıb və biri hələ də həbsdədir.

Digər xəbərlər