Türkiyə Suriyaya qoşun yeritməyə hazırdır
İyul 03
16:44
2015
692 dəfə baxılıb
Türkiyə dövləti son günlər Suriya sərhədində hərbi birləşmələrinin sayını artırıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu barədə açıqlama verən Türkiyə Baş naziri Əhməd Davudoğlu məlumatı təsdiqləyib:
“Sərhədimizdə təhlükəsizlik tədbiri almağımız doğrudur. Sərhədin pozulması, yaxud Türkiyənin təhlükəsizliyini təhdid edən hər hansı hadisə baş verərsə, fəaliyyətə keçilməsi üçün əmr veriləcək”.
Davudoğlunun sözlərinə görə, Türkiyə Suriyaya girmək istəmir. Ancaq Türkiyəni təhdid edən gözlənilməyən bir hadisə baş verərsə, qoşunlar hərəkətə keçə bilər.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!