Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyə və ABŞ İŞİD-ə qarşı kompleks əməliyyatlara başlayacaq

Avqust 25
13:43 2015

Türkiyə və ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın şimalında “İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasına aviazərbələrin endirilməsinə dair razılığa gəliblər.

“Sələf Xəbər”in AzVision.az-a istinadən məlumatına görə, bu barədə “Reuters”ə müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Dünən (bazar günü) texniki məsələlər üzrə danışıqlar aparılıb. Yaxın vaxtlarda biz İŞİD terror xəvaric qruplaşmasına qarşı kompleks əməliyyatlara başlayacağıq. Bu əməliyyatlara Səudiyyə Ərəbistanı, İordaniya, Qatar, Böyük Britaniya və Fransa da qoşula bilər”, – deyə Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, aviazərbələr daha əvvəl Ankaranın təhlükəsizlik zonası yaratmaq istədiyi ərazilərə endiriləcək.

“Bu əməliyyat, həmçinin prezident Bəşər Əsəd və onun administrasiyasına icmarıc xarakteri də daşıyacaq”, – deyə Türkiyə XİN rəhbəri vurğulayıb.

O, qeyd edib ki, Suriya kürdlərinin partiyası olan Demokratik Birlik Partiyası (DBP) öz mövqeyini dəyişməsə İŞİD terror xəvaric qruplaşmasından təmizlənən ərazisinin bir hissəsi olmayacaq.

Çavuşoğlunun sözlərinə görə, Suriya kürdləri Suriyanın ərazi bütövlüyü uğrunda mübarizə aparmırlar.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İŞİD terror xəvaric qruplaşması silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD terror xəvaric qruplaşması tərəfindən ələ keçirilib.

İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər