Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyədə 1000 bomba partlamalı idi – Qanlı plan

İyul 18
17:26 2016

Hərbi çevriliş cəhdində iştirakda ittiham olunaraq həbs edilən Hataydakı 39-cu mexaniki piyada diviziyasının komandiri, general Hasan Polat məlum hadisədən əvvəl İncirlik bazasında amerikalılarla görüşüb.

Selefxeber.az-in xəbərinə görə, Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, generalın amerikalılarla 12 dəfə görüşdüyü ortaya çıxıb.

İddiaya görə, Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) ilə amerikalılar hərbi çevrilişin müvəffəqiyyətli olması üçün öldürülməsi lazım olan şəxslərin sayını belə planlaşdırıblar. Qeyd olunur ki, hərbi çevriliş cəhdinin İstanbul və Ankarada müvəffəqiyyətli olacağı halda bir “vəhşilik planı” tətbiq edilməli idi.

Bildirilir ki, Anadolu şəhərlərinin mərkəzi yerlərində minə yaxın bombanın partladılması planlaşdırılırdı. Yaranacaq xaos və qarışıqlıqdan faydalanmağı düşünən qiyamçılar vilayətlərin mərkəzlərini ələ keçirməli idi.

Sələf Xəbər: Məşhur alim, mərhum şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, və əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, və nümayişlərlə gəlməmişdir, və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeydi-müsəlmanlardan gəlmişdir…”

Digər xəbərlər