Türkiyədə çevrilişə cəhd (VİDEO)
1. 023 dəfə baxılıb
Dünən gecə saatlarında türkiyədə bir qrup hərbiçi tərəfindən dövlət çevrilişinə cəhd edilmişdir.
Türkiyə Böyük Millət Məclisinin binasına havadan hücum edilib, İstanbul Atatürk Hava Limanı tanklar və hərbçilər tərəfindən ələ keçirilməyə çalışılmışdır.
Türkiyə prezidenti Ərdoğanın çağırışı ilə xalq küçələrə çıxıb dövləti müdafiə etmiş, tankların qarşısını kəsməyə çalışmış, üsyançılara təzyiq göstərmişlər.
Çevrilişin bir müddət əvvəl vəzifəsindən çıxarılan Baş Qərargah rəisinin ədliyyə işləri üzrə müşaviri polkovnik Məhərrəm Köse tərəfindən hazırlandığı bildirilib.
Bu hadisələr zamanı 194 nəfərin həyatını itirdiyi deyilir. 1563 hərbçinin çevriliş ittihamı ilə həbs edildiyi qeyd olunur.
Türkiyə mediası xəbər verir ki, Məhərrəm Köse ilə birlikdə polkovnik Oğuz Akkuş, minbaşı Erkan Ağın, Doğal Uysal hərbi çevrilişə cəhd edənlər arasındadır.
Artıq səhər saatlarında dövlət qüvvələri çevriliş cəhdinin qarşısının alındığı və vəziyyətin nəzarətdə olduğu haqda bəyanat yaymışdır.
Bir çox dövlət başçıları Türkiyədə baş vermiş bu hadisəni kəskin qınamışdır.
İlham Əliyev (Allah onu qorusun) də baş verənləri kəskin şəkildə qınamış, hər zaman Türk xalqı və Türk dövlətinin yanında olduğunu bildirmişdir.
Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyədə baş verən hadisələrlə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb. O, qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırıb.
Türkiyəyə və Türkiyə xalqına sabitlik və əminamanlıq arzu edirik.
Sələf Xəbər: 20-ci əsrin görkəmli alimi şeyx əl-Albani (Allah ona rəhmət etsin) demişdir: “Bəzi islam qruplaşmaları (cəmaatları) mitinq və nümayişlərin qeyri-müsəlmanların adəti və metodu olduğuna məhəl qoymayaraq belə əməlləri keçirməyə davam edir, halbuki həmin qeyri-müsəlmanlar hökmün yalnız xalqın olduğunu bəyan edir! Bununla (bu cəmaatlar) peyğəmbərin (ona salavat və salam olsun) sözlərinə zidd gedirlər. Peyğəmbər (ona salavat və salam olsun) demişdir: “Ən yaxşı yol – Məhəmmədin yoludur!” (Bax “əs-Silsilə əd-daiifa” 14/74).
20-ci əsrin görkəmli alimi, mərhum şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) Əbdürrəhman Əbd Əl-Xaliqə cavab verərkən demişdir: ““Şəri idarəetmə haqqında fəsillər” kitabınızın 31-ci və 32-ci səhifələrində siz qeyd edirsiniz ki, nümayişlər peyğəmbər, ona salavat və salam olsun, tərəfindən islam dəvət vasitəsi kimi istifadə olunurdu. Lakin mənə bunun heç bir təsdiqi məlum deyil, və buna görə də mən bunu kimin rəvayət etdiyini, və bunu hansı kitabda tapdığınızı bildirməyinizi xahiş edirəm.
Əgər sünnədə buna dair heç bir misal yoxdursa, onda siz öz sözlərinizdən imtina etməlisiniz. Mən isə buna işarə edən heç bir hədis və ya başqa mənbə bilmirəm”.Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və… haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).
Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)