Türkiyədə əməliyyat zamanı saxlanılanlar 1050 nəfər oldu
928 dəfə baxılıb
Antiterror əməliyyat Türkiyənin 34 əyalətini əhatə edib.
Türkiyədə keçirilən antiterror xüsusi əməliyyat zamanı saxlanılanların sayı 1050 nəfərə çatıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə hökumətinin yaydığı bəyanatda bildirilir.
Türkiyə təhlükəsizlik qurumları iyulun 24-də fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan İŞİD, PKK və digər terror qruplaşmalarının silahlılarına qarşı irimiqyaslı antiterror əməliyyatı keçirməyə başlayıb.
Antiterror əməliyyat Türkiyənin 34 əyalətini əhatə edib.
Qeyd edək ki, Türkiyədə vəziyyət İŞİD xəvaric terror qruplaşmasının Suruçda törətdiyi terror aktı və ölkənin cənub-şərq əyalətlərində polis əməkdaşlarının PKK terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra gərginləşib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)