Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyədə ilk təravih namazı – məscidlərdə böyük coşqu – FOTO

İyun 18
18:35 2015

Türkiyədə Ramazan ayının ilk təravih namazı qılınıb və təravih namazı zamanı məscidlər dolub daşıb..

Ölkənin əksər böyük məscidlərində sıxlıq yaşandığı bildirilir. Məscidlər dolduğu üçün insanlar məscidlərin həyətində namaz qılmalı olublar.

“Sələf Xəbər” ulkehaber.com -a istinadən sizə tərvaih namazının qılınma anlarında çəkilmiş maraqlı fotoları təqdim edir.

📷

teravih_namaz teravih_namaz2 teravih_namaz3 teravih_namaz4 teravih_namaz5 teravih_namaz6 teravih_namaz7 teravih_namaz8

Sələf Xəbər: Qeyd etmək vacibdir ki, təravih namazında rükətlərin sayı ilə bağlı fikir ayrılığı vardır, lakin ən doğru rəy təravih namazında heç bir məhdudiyyətin olmamağıdır.

Məşhur İslam alimi, İbn Əbdül- Barr deyib: “Alimlər gecə namazında heç bir məhdudiyyətin və konkretləşmələrin olmamağı və bunun sünnə namazı olması barəsində rəydə yekdildirlər. Və hər kim istəyirsə, qoy qiyamı (oxumağı) uzatsın və rükətlərin sayını azaltsın, kim də istəyirsə, səcdələrin və rükuların sayını artırsın!” (Bax :“əl-İstizkar”, 5/ 244)

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Əgər alimlər ibadət məsələlərində və yaxud, deyək ki, öyüd və nəsihət verməkdə fikir ayrılığındadırlarsa, müsəlman həqiqətə daha yaxın gördüyünə əməl etməlidir”. (Bax: “Lika Bab əl-maftuh” sual № 1136)

Lakin bir çox müsəlmanlar deyiləni anlamadan hər il təravih namazının rükətlərinin sayı məsələsini tez-tez fitnələrə gətirən mübahisə və çəkişmələr predmeti edir. Bu yolverilməzdir! Axı Ramazan ayında cəmaat namazı fitnə və nifaq səbəbi olmamalı, əksinə, müsəlmanların qəlblərini yaxınlaşdırmalıdır. Bütün problem ondadır ki, bir çox müsəlmanlar İslamda “qəbul edilən fikir ayrılığı” kimi bir məsələni başa düşmürlər.

Gecə ərzində ancaq on bir rükət qılmağı sünnə hesab edən bir çox gənc müsəlmanlar, bundan çox sayda rükət qılanları bidət əhli saymağa başlayır. İyirmi rükətin qılınması barədə rəyin fanatik tərəfdarları isə, öz növbəsində, onları müsəlman cəmaatını parçalayan fitnəkarlar adlandırır, çünki onlar səkkiz və yaxud on rükət qıldıqdan sonra cəmaat namazını sona qədər imamla qılmayaraq tərk edir, eyni zamanda onları bidətdə ittiham edir.

Lakin ən xeyirlisi imam ilə namaz qılmaq və imam təravihi başa çatdırmayana qədər namazı tərk etməməkdir, çünki bu halda insan ədavətin qızışmasının qarşısını alacaq və Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dediyi mükafatı alacaqdır. O (Allahın ona salavat və salamı olsun) demişdir: “Əgər bir kəs imam namazı bitirənə qədər onunla namaz qılarsa, bütün gecəni namaz qılmış kimi sayılar”. (Əbu Davud)

Digər xəbərlər