Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatlar davam etdirilir

Avqust 29
14:36 2015

Türkiyə İŞİD terror xəvaric qruplaşmasına qarşı antiterror əməliyyatlarını davam etdirir.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, yerli mətbuatın məlumatına görə, bu istiqamətdə həyata keçirilən əməliyyatlar çərçivəsində Gaziantəp bölgəsində İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün bu ölkədən qanunsuz yolla Suriya ərazisinə keçməyə cəhd göstərən 17 nəfər həbs olunub. Həbs olunanlardan 14 nəfəri xarici ölkə vətəndaşıdır. Onların Türkiyə ərazisindən öz ölkələrinə deportasiya olunacaqları gözlənilir.

Rəsmi informasiya mənbələrinin məlumatına görə, bu vaxtadək Türkiyə ərazisində İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq cəhdində şübhəli bilinərək saxlanılanların ümumi sayı 16 min nəfəri keçib. 18 ölkəni təmsil edən bu şəxslər aidiyyəti üzrə öz dövlətlərinə təhvil veriliblər. Bildirilir ki, əksər hallarda həmin şəxslər, xüsusilə Avropa ölkələrində qanun qarşısında məsuliyyətə cəlb edilməyiblər.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər