Türkiyədə məscidin önündə kamikadzenin törətdiyi partlayışın görüntüləri – VİDEO
830 dəfə baxılıb
Türkiyənin Bursa şəhərindəki “Ulu Cami” məscidinin qarşısında baş vermiş partlayışın yeni görüntüləri yayılıb.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, görüntülər aprelin 27-də törədilən partlayışın miqyasını açıq şəkildə göstərir.
Qadın kamikadze tərəfindən törədilən partlayış məscidin yaxınlığında olan bir ədviyyatçı mağazasının təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, Suriyadan Şanlıurfaya, buradan da avtobusla Bursaya gələn 25 yaşındakı qadın kamikadzenin törətdiyi terror aktı nəticəsində özü ölüb, 20-dən çox insan yaralanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)
XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahın “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları)