Türkiyədə növbəti terror: Təhlükəsizlik Müdirliyi partladıldı – VİDEO
İyun 08
15:15
2016
877 dəfə baxılıb
Türkiyənin Mardin vilayətinin Midyat mahalının Təhlükəsizlik Müdirliyinə bomba yüklü avtomobillə hücum təşkil edilib.
Selefxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 1 polis, 2 sakin şəhid olub və 30 nəfər yaralanıb.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və təhlükəsizlik qrupları cəlb edilib. Güclü partlayışın ardınca PKK terroristlər ilə təhlükəsizlik gücləri arasında atışma olub.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).