Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyədə törədilən terrorda 30 nəfər ölüb, 126 nəfər yaralanıb – VİDEO

Oktyabr 10
16:49 2015

Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu rəqəmləri Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Partlayışlar “Əmək, barış və demokratiya” mitinqi keçirmək üçün Ankara dəmir yolu stansiyası önündən Sıhhiye meydanına doğru yürüşə keçmək istəyən kütlənin Gənclik Parkında toplanması zamanı törədilib. Terrorun kamikadze tərəfindən törədildiyi bildirilir, ətrafda cəsəd parçaları var. Əraziyə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınıb.
Hadisədən sonra Türkiyə rəhbərliyi və siyasi liderlər öz gündəlik proqramlarını ləğv ediblər. Baş nazir Əhməd Davudoğlu Daxili İşlər və Səhiyyə nazirlərindən hadisə ilə bağlı məlumat alıb. O, qarşıdakı 3 gün ərzində Kayseri, Trabzon və Şanlıurfada planlaşdırılan seçki təbliğat mitinqlərini ləğv edib. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı proqramını ləğv edərək paytaxta dönməyə qərar verib. CHP lideri Kamal Kılıçdaroğlu, HDP liderləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da mitinq proqramlarını ləğv edərək Ankaraya dönmək qərarına gəliblər.
Qeyd edək ki, Türkiyənin bir sıra həmkarlar təşkilatları bu gün Ankarada “Əmək, barış, demokratiya” devizi ilə mitinq təyin ediblər. Aksiyaya əsasən müxalif fikirli və sol yönümlü vətəndaşların qatılacağı gözlənilirdi.

🎬

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər