Türkiyədə yenə terror
May 18
19:23
2016
680 dəfə baxılıb
Türkiyənin cənub-şərqində yerləşən Hakkari vilayətində hərbçiləri daşıyan maşının partladılması nəticəsində 4 nəfər həlak olub, 8 nəfər yaralanıb.
“Sələf Xəbər” Virtualaz.org-a istinadən bildirir ki, məlumatı “Hürriyet” qəzeti yayıb.
Qəzetin yazdığına görə, terror aktı hərbçilərin olduğu maşın Şəmdinli rayonunda, İraqla sərhəddə yerləşən Aktütün və Beyyurdu kəndləri arasından keçərkən törədilib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)