Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyədə “You-Tube” bağlana bilər

İyun 22
16:35 2015

Prokurorluq video paylaşımı portalı “You-Tube”da paylaşılan 12 video barədə istintaq başladıb.

Türkiyədə Gölbaşı “Sülh-Cəza” məhkəməsi İslam Peyğəmbəri Məhəmmədin (Allahın ona salavat və salamı olsun) təhqir olunduğu 12 videoya girişin bağlanması istiqamətində qərar qəbul edib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Gölbaşı respublika prokurorluğu video paylaşımı portalı “You-Tube”da paylaşılan 12 video barədə istintaq başladıb. Videolar portaldan silinməyəcəyi təqdirdə “You-Tube”a da giriş bütün ölkədə bağlanacaq.

Xatırladaq ki, ötən il martın 27-də Türkiyədə “You-Tube” portalına giriş qadağan olunmuş və bu qadağa 13 gün davam etmişdir.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər