Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyənin rəsmi bəyanatı: Genişmiqyaslı müharibəyə başlayırıq

Avqust 06
14:27 2015

Bölgədəki bütün terrorçular darmadağın ediləcək.

Ankara və Vaşinqton arasında “İncirlik” hərbi bazası haqqında əldə olunan razılıqdan sonra Türkiyə İŞİD terror xəvaric və PKK terror qruplaşmalarını bölgədən tamamilə çıxarmağı hədəfləyib.

Xüsusilə İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə aparmaq üçün ABŞ ilə razılığa gələn Türkiyə eyni zamanda həm ölkədə, həm də xaricdə fəaliyyət göstərən PKK və KCK terrorçularının mövqelərini bombardman edir.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bölgədəki son hadisələri yaxından izləyən Türkiyə Silahlı Qüvvələri kulislərindən PKK və KCK-ya qarşı keçiriləcək əməliyyatlarla bağlı mühüm məlumatlar əldə edilib.

Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İŞİD terror xəvaric qruplaşmasını və PKK terrorçularını bölgədən tamamilə yox etməyi hədəfə alıb. Ölkə daxilində aparılan əməliyyatlardan sonra Türkiyə ordusu başda Kandil, Hakurk və Avaşin düşərgələri olmaqla Suriyaya qaçan 1500-ə yaxın PKK terrorçularına qarşı gələn həftə böyük əməliyyatlara başlayacaq.

Əməliyyatlara ABŞ qırıcıları, pilotsuz aparatları dəstək verəcək. Bu həftə ABŞ ordusunun 200-dən çox hərbçisi və döyüş təyyarələri Türkiyədəki “İncirlik” hərbi bazasına gələcək. 30 ədəd F-16 və F-15 qırıcısı, 5 nəqliyyat təyyarəsi “İncirlik” bazasına yerləşdiriləcək.

Bütün bunlar Türkiyəyə gəldikdən sonra İŞİD terror xəvaric qruplaşmasına qarşı böyük hərbi əməliyyatlara start veriləcək. Başda Böyük Britaniya və Fransa olmaqla koalisiya ölkələri də Türkiyəyə dəstək verəcək.

Dünən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, çox yaxın zamanda İŞİD terror xəvaric qruplaşmasına qarşı genişmiqyaslı müharibə başladılacaq.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər