Türkiyənin Suriyaya girəcəyi xəbərinə görə İŞİD əlavə tədbirlərə əl atır
885 dəfə baxılıb
Türkiyənin Suriyaya qoşun yeridəcəyi xəbərləri İŞİD terror xəvaric qruplaşmasını əlavə tədbirlərə əl atmağa vadar edib. Suriyalı müxaliflər İŞİD terror xəvaric qruplaşmasının Türkiyə sərhədində xəndək qazmağa başladığını bildirirlər.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyə sərhədi yaxınlığında İŞİD terror xəvaric qruplaşması ilə Suriya müxalifəti arasında yaşanan qarşıdurmalar şiddətlənib.
Kilis vilayətinin 8 km şərqində yerləşən Harcələ kəndindən hücuma keçən müxaliflər 25 km-lik cəbhə boyunca İŞİD terror xəvaric qruplaşmasına qarşı hücum başladıb.
Əl-Cəziranın müxbirinin müxalif qruplaşmalardan əldə etdiyi məlumata görə, İŞİD terror xəvaric qruplaşması Türkiyə sərhədinə yaxın bölgədə nəzarət etdiyi bütün kəndlərin ətrafına 4 metr dərinliyində və 2,5 metr eni olan xəndək qazmağa başlayıb.
Müxalif komandirlərdən biri məsələyə bu cür aydınlıq gətirib:
“Türkiyə tərəfdən gələcək hər hansı bir hücum üçün tədbir alırlar. Son günlərdə Türkiyənin müdaxilə ehtimalı geniş müzakirə olunur. İŞİD terror xəvaric qruplaşması qurudan gələcək bir hücuma qarşı öz təhlükəsizliyini artırmaq niyyətindədir”.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)