“Türklərin Sufi Xomeynisi” – Fəthullah Gülən (FOTO)
1. 388 dəfə baxılıb
1999-cu ildən ABŞ-ın pensilvaniya ştatında məskunlaşmış, İslam adı ilə “mülayimlik və mərhəmət” çağırışları edən Fəthullah Gülən Terkiyədəki dövlət çevrilişində ittiham olunur.
1941-ci ildə Ərzurum şəhərinin kəndlərinin birində dünyaya gəlmişdir. Sufilikdən bəhs edən altmışa yaxın kitabın müəllifidir. Kitabları otuzdan çox dilə tərcümə edilmişdir. Hənəfi Sufi məzhəbinə mənsubdur, Türkiyədə dinin siyasətdən ayrı olmasının tərəfdarıdır, yəni şəriət dövlətinin qurulmasına qarşı olduğu məlumdur.
Gülən dünyada “mədrəsələr” şəbəkəsinə, bir çox şirkətə, qəzet və telekanala sahibdir.
1999-cu ildə televiziya vasitəsilə dövlət orqanlarını tənqid etdiyi üçün istintaqa cəlb edilmişdi. Lakin o zaman Baş Nazir vəzifəsində çalışan Bülənt Əcəvitin müdaxiləsi ilə 2006-cı ildə istintaq işinə xitam verilmişdir. Əcəvit Güləni və onun mədrəsələrini müdafiə etmiş, ona dəstək olmuşdu. Bunun qarşılığında Gülən telekanal vasitəsi ilə əvvəllər söylədiyi sözlərinə görə aşkar üzr istəmişdi.
1999-cu ildən ABŞ-a qaçmış və orada məskunlaşmışdır. Özü uzaqda olsa da, Türkiyəni yaxından izləyir, hətta daxili işlərə müdaxilə edir.
İyul ayının 15-də baş verən çevrilişə cəhd hadisəsində onun adı hallanır, hətta Ərdoğan da öz çıxışında Gülənə eyham edən ifadələr söyləmişdir.
1998-ci ildə Vatikan Papası İkinci Yohanna Polis Gülənin qonağıdır.
1998-ci ildə İsrail yəhudilərinin keçmiş lideri Xaxam Yaho Bekşi Durum Gülənin qonağıdır.
Sələf Xəbər: Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)