Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ümrə ziyarətinə gedənlərin sayı açıqlandı

İyul 25
16:53 2015

12 milyondan çox müsəlman zəvvar ölkə daxilindən və xaricindən ötən ilin noyabr ayından başlayan Ümrə mövsümü zamanı Məscid əl-Həramı ziyarət edib.

“Sələf Xəbər”in Saudigazette.com-a istinadən xəbərinə görə, bu barədə İki Müqəddəs Məscidin İşləri üzrə baş rəhbəri Şeyx Abdulrəhman Al-Sudais məlumat verib.

Al-Sudais rəhbərlik heyəti tərəfindən təşkil olunmuş Ramazan bayramı ərəfəsində çıxışı zamanı onu da qeyd edib ki, Ümrə ziyarəti üçün gələnlərin əksəriyyəti Ramazan ayında Məkkəyə gəliblər. Həcc Nazirliyinin rəsmi məlumatına əsasən, xaricdən Məkkəyə 6 milyona yaxın zəvvarın gəldiyi bildirilir.

Ümrə mövsümü avqustun ortalarında, Həcc ziyarəti üçün zəvvarların gəlməyə başladığı vaxt sona yetəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün Həcc və Ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Digər xəbərlər