Xəzər dənizində dünyanın ən böyük məscidi tikiləcək – Khazar Islands rəhbəri
Aprel 11
17:32
2014
1. 465 dəfə baxılıb
Khazar Islands layihəsi çərçivəsində Xəzər dənizində yaradılacaq süni adalardan birində dünyada ən böyük məscidin inşası planlaşdırılır. Bu haqda nəhəng layihənin rəhbəri Hacı İbrahim Nehrəmli yerli KİV-ə müsahibəsində bildirib, “İA Umma” xəbər verir.
Nehrəmli bildirib ki, Bakı buxtasında 78 süni ada yaradılacaq, onlar 150 körpü ilə birləşdiriləcəkdir. İşlərin 25%-i artıq icra olunub.
Qeyd etmək lazımdır ki, Khazar Islands tikintisinə 2 il əvvəl başlanıb. Layihənin dəyəri – 100 milyard dollardır.
İlk sakinlərin burada artıq 2014-cü ildə yerləşdirilməsi nəzərdə tutulub, layihənin tamamlanması isə 2023-cü il üçün planlaşdırılır.
“Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!”(Müqəddəs Quran, “Cinn” surəsi, 18-ci ayə)