Yaralılara diqqət və qayğı göstərilməsi üçün Kral tapşırıq verib
Sentyabr 26
16:19
2015
802 dəfə baxılıb
Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz Əl Saud Minada yaşanan izdihamdan sonra təcili toplantı keçirib.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kral Salman təhlükəsizlik nümayəndələrini qəbul edib.
Kral yığncaqda Məkkədə tətbiq olunan layihə və planların təkrar nəzərdən keçirilməsinin lazım olduğunu bildirib.
Kral qəzada yaralananların Mina, Müzdəlifə, Ərafat və Məkkədəki xəstəxanalara təcili yardım və helikopetlərlə daşındığını qeyd edib. Ərəbistan kralı onlara daha çox diqqət və qayğı göstərilməsi barədə tapşırıq verib.
Qeyd edək ki, Məkkədə ötən gün baş verən izdiham zamanı 753 nəfər ölüb, 887 nəfər yaralanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir”. (Qurani-Kərim, “Rahmən” surəsi, 26,27-ci ayələr)