Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Yəmən – Səudiyyə sərhəddində gərginlik: 3 hərbçi öldürülüb

Avqust 01
13:42 2015

Naməlum silahlılar Səudiyyə Ərəbistanı ilə Yəmənin sərhəd zonasında yerləşən Dəhran rayonu ərazisindən Səudiyyə Ərəbistanının mövqelərini raket atəşinə tutub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə 3 səudiyyəli hərbçi ölüb.

Səudiyyə Ərəbistanı ordusu cavab atəşi ilə silahlıların raket qurğularını məhv edib.

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Yəmənin Saada əyaləti üsyançı husilərin dayaq məntəqəsi sayılır.

Xatırladaq ki, martın sonundan etibarən Səudiyyə Ərəbistanı Yəmənin prezidenti Əbd-Rəbbo Mənsur Hadiyə dəstək olaraq üsyançı husilərə qarşı hərbi əməliyyat keçirir.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər