Yəməndə hərbi əməliyyata son qoyuldu
Aprel 22
17:25
2015
856 dəfə baxılıb
Yəməndə hərbi əməliyyat ölkə prezidentinin xahişi ilə dayandırılıb.
Ərəb ölkələri koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyata son bu ölkənin prezidenti Əbd Rəbbo Mənsur Hadinin xahişi əsasında qoyulub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ər-Riyadda mətbuat konfransında koalisiya komandanlığının nümayəndəsi Əhməd əl-Asiri bildirib.
“Əməliyyat prezident Hadi və ölkənin qanuni hökumətinin xahişi ilə dayandırılıb”,- deyə o bildirib.
Onun sözlərinə görə, əməliyyatın yekunlaşmasına baxmayaraq, koalisiya üsyançı husilərin irəliləməsinin qarşısını almaqda tədbirləri davam etdirəcək.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!