Yəməndə kamikadzenin hücumu nəticəsində 41 nəfər ölüb
May 16
16:30
2016
1. 060 dəfə baxılıb
Yəmənin cənubundakı əl-Mukalla şəhərində terrorçu-kamikadze özünü partladıb. Hadisə polis əməkdaşlarının şəhərin kənarında toplaşdığı mərkəzin yaxınlığında baş verib.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror xəvaric qruplaşması öz üzərinə götürüb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)