Yəməndə məscidin yaxınlığında partlayış törədilib
İyul 03
16:59
2015
691 dəfə baxılıb
Yəməndə məscidin yaxınlığında partlayış baş verib.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi məlumata görə, məscidin yaxınlığında saxlanılan maşında partlayıcı qurğu işə salınıb.
Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)