Zəvvarlar Ərəfat çölündə ibadətə başlayıblar – FOTO
904 dəfə baxılıb
Həcc ziyarətində olan zəvvarlar bu gündən Ərəfat çölündə Həcc əməllərinə başlayıblar.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, zəvvarlar gecə saatlarında Ərəfata yola düşüblər. Bu gün günortadan axşam azanına qədər Ərəfatda dayanacaq zəvvarlar daha sonra Müzdəlifə çölünə yollanacaqlar. Gecəni burada qalaraq şeytana atmaq üçün daş toplayacaqlar.
Ərəfat dağı Məkkənin 21 kilometr cənub-şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. 454 metr hündürlüyündəki dağ Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir.
Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)
Uca Allah, həmçinin buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)