Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

Zəvvarlar üçün elektron bilərziklər

İyun 21
17:56 2016

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi zəvvarlar haqqında şəxsi məlumatları özündə cəmləyən suyadavamlı, yünğül və baha olmayan xüsusi elektron bilərziklər hazırlayıb.

Bu bilərziklərdə hər bir zəvvarın gəldiyi ölkə, yaşadığı ünvan, viza və pasport nömrəsi haqqında məlumatlar qeyd olunur.

KİV-lərdən əldə olunan məlumatlara görə, bilərziklərə həmçinin Məkkə, Mədinə və diğər müqəddəs yerlərdə hərəkət istiqamətini təyin edə biləcək məlumatlar, onlara başçılıq edən qrup rəhbərləri və köməkçilərinin telefon nömrələri daxil edilib. Elektron cihaz vasitəsilə ərəb dilini bilməyən, yaşlı zəvvarlar lazım olan ünvanı tapmaqda çətinlik çəkməyəcəklər.

Həcc və Ümrə nazirinin müavini İsa Muhamməd Razvani bildirib ki, elektron bilərziklər dövlət və özəl strukturların göstərdiyi xidmət səviyyəsinin yüksəldlməsinə kömək edəcək. Nazirlik və təhlükəsizlik orqanlarının əməkdaşları elektron cihaz vasitəsilə zəvvarlar haqqında lazım olan məlumatları rahat şəkildə əldə edə biləcəklər.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699)

Digər xəbərlər

ARXİV

İyun 2021
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930