Sabah iki ilin günahlarının bağışlandığı gündür – TƏLƏSİN
934 dəfə baxılıb
Sabah, yəni 23 sentyabr 2015 il, hicri təqvimi ilə 1436-cı il Zülhiccə ayının 9-u Ərafa günüdür. Ərafa günündə hacılar Ərafa adlanan yerdə həccin əsas ayinini yerinə yetirirlər.
Allah dərgahında bu günün olduqca böyük məqamı vardır, belə ki, həcc zamanı bu gündə edilən dua qəbul edilər. Həccdə olmayanlar isə bu günü oruc tutaraq iki illik günahlarının bağışlanmasına nail olarlar. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ərafa günü tutulan oruc haqqında belə demişdir: “Özündən əvvəlki və sonrakı ilin günahlarına kəffarədir.”
Digər rəvayətdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir:
“Elə bir gün yoxdur ki, Ərafa günü kimi çoxlu insanlar Cəhənnəm əzabından azad olsunlar. Həmin gün Allah insanlara yaxınlaşır, onların çoxluğu ilə mələklər qarşısında fəxr edərək (hər şeyi bildiyi halda) deyir: “Onlar nə istəyirlər (nə üçün bura toplaşıblar)?”
Uca Allahın lütf etdiyi bu günün savabını əldə etmək üçün sizi Ərafa günü oruc tutmağa dəvət edirik.
Allah etdiyiniz ibadətləri qəbul etsin və xeyirli işlərdə sizə müvəffəqiyyət versin.
Ərafa gününün özəllikləri haqqında aşağıdakı keçiddə daha ətraflı məlumat əldə edə bilərsiniz.
http://selefxeber.az/analitika-ve-islam/erafa-gununun-fezileti
“Sələf Xəbər” redaksiyası