Müsəlmanların dözümlülüyündən xəbər verən unikal sənədlər
1. 815 dəfə baxılıb
Sinayda elmi və arxeoloji tədqiqatlar direktoru professor Əbdurrahim Reyhanın bu yaxınlarda keçirdiyi elmi araşdırma, islam xəlifəliyinin tarixindən, xüsusilə, xəlifəlikdə məskən salmış Kitab əhlinə münasibətdə müsəlman rəhbərlərin o vaxtki siyasəti ilə bağlı yeni maraqlı faktları işıqlandırır, Islammemo istinadən “İA Azan” xəbər verir.
Həmçinin oxuyun: Müsəlmanlar qeyri-müsəlmanlarla necə davranmalıdır?
Professor dünyanın ən şöhrətli kitabxanalarından biri olan Sant Katrin monastırının kitabxanasında 200 unikal sənəd aşkar edib. Bu sənədlər insanların islama dəvətinin ancaq sülh xarakteri daşıdığını növbəti dəfə təsdiq edib.
Söhbət Fatimililərin, Əyubilərin, Məmlüklülərin, o cümlədən Osmanlı imperiyası dövründə “Divan əl-inşəə” orqanı – Misirin tikintisi üzrə idarə tərəfindən dərc edilmiş qədim ərəb sənədlərindən gedir.
Monastıra və onun rahiblərinə yönəldilmiş sənədlər ərəb hakimiyyətinin xaçpərəst və yəhudilərə qarşı yürütdüyü dözümlülük siyasətini nümayiş edir. “Sənədlər aydın göstərir ki, Sinayın xaçpərəst rahibləri tam sakitlik və təhlükəsizlik şəraitində uzaq monastırda yaşayırdılar. Bundan başqa, sənədlərə əsasən, müsəlmanlar Sinaydan Yerusəlimə yol almış xaçpərəst zəvvarların təhlükəsizliyini təmin edirdilər,” – professor Reyhan deyir. Onun sözlərinə görə, monastır kitabxanasında saxlanılan sənədlər müsəlman hakimiyyətin din və şəxsi azadlıq məsələlərində kifayət qədər dözümlü olduğunu, və xaçpərəstlərin administrasiya və idarəetmə işlərində mühüm rol oynadığını təsdiq edir. Xaçpərəstlər arasında nazirlər, divan işçiləri, və hətta bütöv əyalətlərin və regionların qubernatorları da var idi.
Professor islam dünyasında fəal surətdə kilsə və monastırların tikilməsi barədə danışıb. İslam dövründə tikilmiş ilk kilsə – əsası Ben Muhallədin hakimiyyəti dövründə 47-ci hicri ilində qoyulan – Fustat kilsəsi idi. 12-ci əsrin sonuna Misirdə 2084 kilsə və 834 monastır var idi.
“İslam dövrünün dini dözümlülüyünü orta əsrlərin Avropası bilmirdi” – Reyhan bildirib. Professor bu sənədlərdən bəzilərini nümayiş edib. Xüsusilə, uzunluğu 488 sm və eni 21 sm olan xəlifə Əbu əl-Qasım İsanın miladi təqvimi ilə 1156-cı il tarixli nəşri.
Sənəd monastırın və onun rahiblərinin işlərinə qayğı göstərilməsi barəsində lazımlı tədbirlər və hakimiyyətin vəzifələri haqqında informasiyanı daxil edir. Nəşrdə Santa Katrin monastırı rahiblərinin təhlükəsizliyinin təmin olunmasının vacibliyi və monastıra qarşı istənilən təcavüzə dərhal cavab vermək barəsində deyilir.
Nümunə kimi Reyhan həmçinin xəlifə Əl-Adidin mart 1169-cu il tarixli nəşrini gətirir, sənədin uzunluğu 10 metr təşkil edir. Bu sənəddə rahiblərə münasibətdə qayğıdan və onların ənənələrinə hörmətdən bəhs olunur. Müsəlmanların dözümlülüyün daha bir nümunəsi Osmanlı dövrünün sənədi – Sultan I-ci Mustafa ben Məhəmmədin Santa Katrin monastırından baş keşiş Qavriila 7 fevral 1618-ci il tarixli müraciətidir. Burada monastır rahibləri üçün onları gömrük rüsumlarından azad etməklə dünyanın istənilən nöqtəsinə səyahət etməyə imkan verən xüsusi imtiyazlar, həmçinin onların əmlakının həm Misirin daxilində, həm də onun sərhədləri xaricində müdafiəsinə zəmanətlər haqqında deyilir.
“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.”(Müqəddəs Quran, “Mumtəhənə” surəsi, 8-ci ayə)