АBŞ prezidenti və Səudiyyə Kralı görüşdü
1. 691 dəfə baxılıb
ABŞ Prezidenti Barak Obama və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əl-Saud İranın nüvə proqramı, Yaxın Şərqdə sülh nizamlanması və İŞİD terror xəvaric qruplaşması ilə mübarizəni müzakirə ediblər.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə iki ölkə lideri Vaşinqtonda keçirdikləri qısa brifinqdə bildiriblər.
B.Obama bildirib ki, görüş zamanı İranın əldə olunan razılaşmanı pozma ehtimalı, Suriyada vəziyyətin sabitləşməsi və İŞİD terror xəvaric qruplaşması ilə mübarizə diqqət mərkəzində olub.
Salman bin Əbdüləziz əl-Saud qeyd edib ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün ABŞ-la daim birgə səy göstərməyə çalışır. O, həmçinin danışıqlarda iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunulduğunu bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)