ABŞ Ankaradakı partlayışı dəstəklədiyi YPG deyil, başqa bir YPG-nin etdiyini bildirib
658 dəfə baxılıb
ABŞ, Rusiya və İran Ankarada baş vermiş terror aktı ilə bağlı müxtəlif açıqlamalar verməkdə davam edirlər.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Rusiya və İran Ankara hadisəsini qınadıqları haqda açıqlama verdikləri halda, ABŞ yeni bir qalmaqala imza atıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi açıqlaması zamanı Ankaradakı partlayışın ABŞ-ın dəstəklədiyi YPG-nin deyil, başqa bir YPG-nin etdiyini bildirib.
Ankara hadisəsindən sonra ard-arda müxtəlif açıqlamalar verən ABŞ hər dəfəsində YPG-ni haqlı çıxarmaq istəyir.
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner də növbəti açıqlaması ilə bir qalmaqala imza atıb. Suriyada iki müxtəlif YPG adlı qruplaşma olduğunu iddia edən Toner ABŞ-ın silah dəstəyi verdiyi YPG-nin Hələbdəki YPG olmadığını irəli sürüb.
Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada (red.)) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)
Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!