Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ABŞ dövlət departamenti “soyqırım” sözünü işlətməyib

Aprel 15
19:38 2015

ABŞ dövlət departamenti 1915-ci ildə Osmanlı imperiyası dönəmində baş vermiş hadisələri müzakirə edib.

ABŞ dövlət departamenti 1915-ci il hadisələrini soyqırım kimi qəbul etməyib.

“ABŞ prezidenti və adminstrasiyanın digər yüksək vəzifəli nümayəndələri qeyd edilən hadisələri tarixi fakt kimi adlandırıblar. Qeyd olunub ki, 1915-1918-ci illərdə Osmanlı imperiyasında 1,5 miliyon insan həyatını itirib, 800 min insan qaçqın düşüb”, – deyə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib.

Mari Harf Roma papasının son qalmaqallı bəyanatını şərh edərkən də “soyqırım” sözünü işlətməyib.

Sələf Xəbər: Ermənilər vəhşiliklərini asanlıqla başqalarının üstünə atmaqdan ötrü hər vasitəyə əl atırlar. Ötən əsrdə onlar tərəfindən 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilib. Ermənilərin törətdikləri Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Və düşmən bu gün də əməllərini ört-basdır etmək üçün öz məkirli niyyətini, hiyləgər siyasətini yeridir.
İnanırıq ki, Allah-Təala onların yalanlarını ifşa etməkdə yardımçımız olacaq.

Digər xəbərlər