Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ABŞ Ərdoğanı uzun illər gizli dinləyib?

İyul 11
14:49 2015

“Bəzi beynəlxalq şirkətlər və xüsusi-xidmət orqanları Baş nazir olduğu dövrdə Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gizli dinləyiblər. Dinləmə Türkiyənin Baş Polis İdarəsinin İtaliya firmasından satın aldığı virus proqramı vasitəsilə həyata keçirilib”.

“Sələf Xəbər” Azvision.az-a istinadən məlumatına görə, bu açıqlama ilə CHP sədrinin müşaviri Erdal Aksüngər çıxış edib. Aksüngərin sözlərinə görə, dinləmə əməliyyatı fasiləsiz olaraq 24 saat davam edib: “Türk siyasilər ABŞ Milli Təhlükəsizlik Agentliyinin ən çox dinlədiyi şəxslərin siyahısındadır. Ərdoğanı 2007-ci ildən dinləməyə başlayıblar. Eyni zamanda, Davudoğlu və “G20” sammitinə qatılan Türkiyə nümayəndə heyəti də dinlənilib. Türkiyə Baş Polis İdarəsi İtaliyanın “Hacking Team” firması ilə anlaşaraq casusluq proqramını satın alıb. Bu anlaşmadan sonra müxalifətdə olan şəxsləri və qurumları izləməyə başlayıblar. Dinləmələri polis sistemindəki bir qrup həyata keçirib. Əməliyyat başa çatandan sonra topladıqları məlumatları da götürərək gediblər. Xüsusən, 17-25 dekabr “böyük rüşvət əməliyyatından” sonra polisdəki bütün yaddaş sistemi silinib. Bunu idarə yox, kənardan ora sızan bir təşkilat həyata keçirib. Hazırda əllərində milyonlarla sənəd var. Türkiyənin bütün gizli dosyeləri oradadır. İtaliya firması da xəbərdarlıq edir ki, Türkiynin bütün gizli dosyeləri internetə açıq vəziyyətdədir”.

Aksüngər polis tərəfindən “Baş nazirliyə təqdim olunan PKK hesabatı”, “AKP-nin ələvi açılımı”, “AKP Suriyada yaşananların cinayət ortağıdır”, “Berkan Elvan üçün Kitab layihəsi” başlığı altında ayrı-ayrı şəxslərə dosyelər göndərildiyini və bu yolla virus ötürüldüyünü də bildirib.

Xatırladaq ki, gizli dinləmə qalmaqalı 2013-cü ildə üzə çıxmış və bundan sonra Ərdoğanın göstərişi ilə Türkiyənin polis sistemində kütləvi “təmizləmə əməliyyatı” başlamışdı. Minlərlə polis ya işdən çıxarılmış, ya da xidmət yeri dəyişidirilmişdi. Qanunsuz dinləmə həyata keçirdiyinə görə xeyli hüquq-mühafizə əməkdaşı barəsində təhqiqat başladılmışdı. Ərdoğanın, ailə üzvlərinin, komandasındakı nazirlərin gizli səs yazıları internetdə yayılandan sonra hökumət bütün bunların Fətullah Gülənin sifarişi ilə baş verdiyini, məqsədin də Türkiyədə “paralel dövlət” qurmaq olduğunu bəyan etmişdi.

Sələf Xəbər: Xəyanət və ya satqınlıq İslamda ən böyük günahlardan sayılır.

Uca Allah buyurur: “Şübhəsiz ki, Allah xainləri sevmir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 58-ci ayə)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Qiyamət günü Allah-Təalə bütün insanları topladıqda xəyanət edən hər kəs üçün bir bayraq qaldırılacaq və deyiləcəkdir: Bu filankəs oğlu filankəsin xəyanətinin əlamətidir”. (Buxari) Yəni Hesab günü belə insan bütün insanlar qarşısında rüsvay olacaq və bütün insanlar biləcək ki, bu insan xəyanətkardır.

Həmçinin xəyanət münafiqliyin təzahürlərindən biridir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Dörd (xislət) vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman xəyanət edər, danışan zaman yalan danışar, əhd bağladığı zaman (əhdini) pozar, mübahisə etdiyi zaman haqsızlıq edər”. (Buxari)

Digər xəbərlər