Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ABŞ Hava Qüvvələri veteranı İŞİD-ə yardım etməkdə ittiham edilib

Mart 24
17:50 2015

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, Nyu-York şəhərinin federal məhkəməsi Teyrod Natan Vebster Pyunu İŞİD terror xəvaric qruplaşmasına maddi dəstək verməkdə və ədalət məhkəməsinin işinə mane olmaqda ittiham edib.

İttihamçılar iddia edir ki, bir vaxt ABŞ Hava Qüvvələrində Avionika Alətlər Sistemi mütəxəssisi vəzifəsində çalışan Pyu yanvar ayında Misirdən Türkiyəyə səfər edib. O, Suriya sərhədini keçməyə cəhd edərək İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulmağa çalışıb.

İttihamçıların sözlərinə əsasən, Türkiyə səlahiyyətli orqanları onu Misirə geri qaytarıb. Misir hökuməti onu həbs edib və daha sonra o ABŞ-a deportasiya edilib. Misirə gəldikdə, Pyunun üzərində yaddaş kartında pulemyot şəkli olan mobil telefon da daxil olmaqla bir neçə elektron cihaz tapılıb.

ABŞ-da federal agentlər onun dizüstü kompyuterində və ona məxsus digər cihazlarda axtarış aparıblar. Onun kompyuter vasitəsilə internetdə ““İslam Dövlətinin” – İŞİD idarəsi altında olan sərhədlər” barədə axtarış apardığı məlumatlar və qruplaşmanın təbliğat videosu aşkarlanıb. İttihamçıların sözlərinə əsasən, Misirə gəlməzdən bir neçə həftə əvvəl, Pyu Yaxın Şərqdə bir şirkətdə çalışdığı təyyarə mexaniki vəzifəsindən azad edilib və bir il xaricdə yaşayıb. Pyu müəyyən müddət ABŞ səlahiyyətli orqanları tərəfindən izlənilib.

O həbs edildikdə açılan cinayət işində belə qeyd edilib: onun Amerika Hava Yolları şirkətində mexanik vəzifəsində çalışdığı zaman, həmkarı FTB-yə xəbər verib ki, Pyu Üsamə bin Ladenə rəğbət göstərirdi və 1998-ci ildə ABŞ səfirliklərinin bomabalanmasının öz haqqını tapacağını hesab edirdi və Amerika əleyhinə mülahizələrini ifadə edirdi.

2002-ci ildə bir müxbir FTB-yə Pyunun Çeçenistana vuruşmağa getməkdə maraqlı olduğunu xəbər verib. Bütün bunlara baxmayaraq, ittihamçıların sözlərinə əsasən, Pyu 2009-cu ilin oktyabrından 2010-cu ilin martına qədər İraqda DynCorp İnternational şirkətində ordu podratçısı vəzifəsində çalışıb.

Şirkətin danışmanı məsələ ilə bağlı şərh verməyib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər